"Toplum TV" işi üzrə məhkəmə başlayır
"Toplum TV" işi üzrə məhkəmə başlayır.
TodayPress xəbər verir ki, bu barədə
vəkil Zibeydə Sadıqova məlumat verib.
O, bildirib ki, cinayət işi
materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.
İş hakim Vüqar Seyidovun icraatına
verilib.
Məhkəmənin hazırlıq iclası aprelin
2-nə təyin olunub.
Xatırladaq ki, ötən il martın 6-da "Toplum
TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə
ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən
şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2,
193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
tag: Toplum TV, Cinayət, Qaçaqmaıçılıq, Zibeydə Sadıqova, Vəkil, Məhkəmə, todaypress.az,