“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanıldı- FOTO
Cəmiyyət
23.12.2024 23:18
“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər
saxlanılıb.
TodayPress xəbər verir
ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil
edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən
tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan
"emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər
tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda
baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə
bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı
"TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad
qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər
İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
tag: Tiktok, Sosial Şəbəkə, TikToker, Emin Rəşad,Həbs, todaypress.az,