Tikinti bazarında kəskin qiymət artımı olacaq? - AÇIQLANDI
Azərbaycanın tikinti bazarında kəskin qiymət artımı gözlənilmir.
TodayPress xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Baş katibi Şahanə Sarı mətbuat konfransında deyib.
Baş katib bildirib ki, tikinti bazarında qiymətlər ilə bağlı cavab vermək üçün bu məsələ ekspertizaya yönləndirilməlidir:
"Yerli istehsalın artdığını nəzərə alaraq, deyə bilərik ki, tikinti bazarında, tikinti materiallarının qiymətində ciddi artım gözlənilmir".
tag: Tikinti,Bazar,İstehsalat,Qiymət,Todaypress.az,