Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlandı - RƏSMİ
Cəmiyyət
28.01.2025 16:31
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.
Ümumilikdə, təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.
Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Töhfə Səməd
tag: Bakı,Qroznı,AZAL,TƏBİB,Aktau,Nurullah Siracov,todaypress.az,