Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək
Cəmiyyət
27.12.2024 20:21
Təyyarə qəzasında ölən
digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana
gətiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Təyyarə qəzasının
səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının dekabrın 27-də
keçirilmiş iclasında bildirilib.
Bununla yanaşı, Dövlət Komissiyasının üzvlərinə hadisədə
xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və
mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və
çevik həll edilməsi tapşırılıb.
Qeyd edək ki, qəza nəticəsində həlak olmuş 26 Azərbaycan
vətəndaşından 4-nün meyiti dekabrın 26-da ölkəyə gətirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si
Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü
isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u
sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub.
Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər
Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan
Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən
edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj
üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin
cəsədi gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı
ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun
rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın
Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
tag: Təyyarə,Qəza, Qazaxıstan, AZAL, todaypress.az,