Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
Cəmiyyət
29.12.2024 00:40
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında
təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.
TodayPress xəbər verir ki, bunu Səhiyyə Nazirliyi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb
elmləri doktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə
birliyin üç şöbəsinə aparılacaq:
“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında
həlak olanların nəşinin məhkəmə-tibbi
müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək
aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha
sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.
tag: Təyyarə, Qəza,Aktau, Ekspert, todaypress.az,