Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
Cəmiyyət
25.12.2024 23:10
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin
Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən
sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana
gətiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.
Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə
ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri
əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya
çatdırılacaqlar.
Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti
dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.
tag: AZAL, Aktau, Qəza, Qazaxıstan, Azərbaycan, FHN, todaypress.az,