Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşdi - RƏSMİ

Cəmiyyət

26.12.2024 11:50

Təyyarə qəzasında həlak olanlar 38 nəfərdən 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə TodayPress Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. 

O, da qeyd edilib ki, onlardan 6 nəfəri Qazaxıstan vətəndaşı, üçü isə ekipaj üzvüdür.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyasının 306 nəfər şəxsi heyəti, 101 ədəd texnikası, iki ədəd hava gəmisi, 6 kinoloji qrupu və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

tag: Azal, Təyyarə, Qəza, Sağ qalan ,todaypress.az,