Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov dəfn olundu
Cəmiyyət
27.12.2024 10:40
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
TodayPress xəbər verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.
tag: AZAL ,Aktau ,Mirzəli, Dəfn, todaypress.az,