Təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirildi

Cəmiyyət

26.12.2024 21:30

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

TodayPress xəbər verir ki, həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

tag: Qazaxıstan, Təyyarə, Qəza, AZAL, Ölüm, todaypress.az,