Televiziya kanallarında işarət dili tətbiq ediləcək
Cəmiyyət
14.02.2025 11:43
Bu ildən dövlət tərəfindən maaliyələşən kanallarda surdotərcüməçiliyin (red. işarət dili) tətbiq edilməsi üçün qanuna dəyişiklik edilməsi üzərində işlər gedir.
TodayPress xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, buna Milli Məclisdə müzakirə edildikdən sonra qərar veriləcək:
"Azərbaycanda surdotərcümə çox azdır. Gələcəkdə özəl kanallarda da surdotərcüməçiliyin tətbiq edilməsi ola bilər". (APA)
tag: Televiziya,İşarət dili,Kanal,Milli Məclis,Todaypress.az,