Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan fəhlə xəstəxanada öldü
Cəmiyyət
30.10.2024 01:21
1 həftə öncə Sumqayıtda
təkər emalı müəssisəndə qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət
alan şəxs xəstəxanada ölüb.
TodayPress xəbər verir ki, oktyabrın 23-də Bakı-Quba
yolunun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən “Azreferum” QSC-də qaynaq
işi görən 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev qaz sızması
nəticəsində baş vermiş partlayışda ağır yanıq xəsarətləri almışdı.
Aparılan müalicə və müayinələrə baxmayaraq, Təbriz
Məmmədəliyev bu gün müalicə aldığı Bakı şəhərində yerləşən Yanıq Mərkəzində
dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
tag: Yanıq, Ölüm, Sumqayıt, Qaz, Bakı, todaypress.az,