TDT ölkələrinin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi yer bəlli oldu
Cəmiyyət
08.10.2024 17:00
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə qərar oktyabrın 8-də nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.
Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.
Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.
tag: Türk Dövlətləri Təşkilatı ,Səhiyyə Nazirləri ,Tibb Mütəxəssisləri, Qazaxıstan ,todaypress.az,