Taksi qəzasında xəsarət alan sərnişinin vəziyyəti AÇIQLANDI

Cəmiyyət

12.04.2025 13:50

9

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün səhər saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.   

Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı qadın Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. 

Qeyd edək ki, aprelin 12-i səhər saatlarında Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. 

Töhfə Səməd

tag: TƏBİB,Sorğu,Qəza,Hadisə,Todaypress.az,