Tağı Əhmədov vəfat etdi

Cəmiyyət

18.10.2024 21:26

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov 75 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Tağı Əhmədov 1949-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

tag: Tağı Əhmədov, QSC,Metro, Ölüm, todaypress.az,