Şuşaya köçürülən sakinlərə mənzillərin açarları təqdim edildi
Cəmiyyət
12.06.2024 15:25
Bakı şəhərindən yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
TodayPress xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib. Onlarla mənzillərin açarları təqdim edilib. Mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb. Bununla da Şuşada 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir.
tag: Şuşa şəhərciyi, Mənzil, Köç Karvan, Bakı, todaypress.az,