Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz
Bakının
Xətai rayonu, Lütfizadə küçəsində yol boyu çəkilən qoşa xətlərin silinməsi
sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət həmçinin bəzi hallarda sürücülərin
cərimələnməsinə də səbəb olur.
TodayPress
xəbər verir ki, əraziyə yaxın yaşayanlar bildirirlər ki, bu məsələ uzun müddətdir
problem olaraq qalır.
Məsələ
ilə bağlı AYNA-dan "Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma
xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də
nişanlanma xətləri yaxın zamanda yenilənəcək.
tag: AYNA, Yol, Cərimə, Bakı, Xətai, todaypress.az,