Suriyadakı vətəndaşlarımız Azərbaycana gətirildi

Cəmiyyət

28.09.2024 14:34

Sentyabrın 18-i Suriyadakı düşərgələrdə saxlanılan 6 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onlardan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadındır.

TodayPress xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

tag: Suriya, Vətəndaşlar, Düşərgə ,Azərbaycan ,İnsan Hüquqları ,Ombudsman ,todaypress.az,