Sumqayıtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Cəmiyyət
31.10.2024 00:16
Oktyabrın 31-də Sumqayıtın bir sıra ərazilərində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq.
TodayPress xəbər verir ki, bu barədə
“Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki,
“Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar
oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla
əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək 6, 9, 10, 12, 13-cü
mikrorayonlar, 47, 48-ci məhəllə, Yaşıldərə yaşayış massivi, Corat və Saray
qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir
işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi
ilə təmin olunacaq.
tag: Azərişıq, Sumqayıt, Cirat, Saray, Yaşıldərə, todaypress.az,