Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edildi
Cəmiyyət
03.10.2024 23:38
Fövqəladə
Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt
şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə
qalması barədə məlumat daxil olub.
Nazirlikdən TodayPress-ə verilən məlumata görə,
məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən
xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin
edilib.
tag: FHN, Sumqayıt, Bakı, Xilasedici, todaypress.az,