Sumqayıtda ailə dəm qazından zəhərləndi
Cəmiyyət
06.01.2025 09:40
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Todaypress xəbər verir ki, hadisə Kimyaçılar yaşayış massivində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.
Ailə üzvləri dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Sumqayıt, Dəm qazı, Ailə, Zəhərlənmə, todaypress.az,