Sumqayıt Şəhər Xəstəxanasında yeni blok istifadəyə verildi
TƏBİB-in dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında 10 çarpayılıq Reanimasiya və intensiv terapiya bloku yaradılıb.
TodayPress xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Reanimasiya və intensiv terapiya bloku artıq tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Blok portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunub.
Tibb müəssisəsində bununla da reanimasiya çarpayı sayı 30-a çatdırılıb. Belə ki, 1 nömrəli Şəhər Xəstəxanasının Anesteziologiya və intensiv terapiya şöbəsində 15, Doğum şöbəsində isə 5 çarpayı mövcuddur.
Yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.
tag: TƏBİB,Sumqayıt,Tibb Mərkəzi,todaypress.az,