Süleyman Vəzirov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət

29.04.2025 16:43

13

Bu gün axşam saatlarından Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. 

Bu barədə TodayPress-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, məhdudiyyət ərazidə aparılan təmir işləri başa çatana qədər qüvvədə olacaq. 

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” deyə məlumatda qeyd olunub. 

tag: AAYDA,Sürücülər,Avtonəqliyyat ,Nəqliyyat Vasitələri, Müraciət ,todaypress.az,