“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır
Cəmiyyət
13.02.2025 23:54
“Sputnik Azərbaycan” və "BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.
TodayPress bu barədə "APA" ya istinadən bildirir.
Bildirilib ki,
Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News
Azərbaycanca"nın redaksiyaları bağlanacaq.
Qeyd edək ki,
“Sputnik-Azərbaycan" Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya
Agentliyinin filialı kimi fəaliyyət göstərir.
Bu gün yerli mətbuatda “Sputnik Azərbaycan”ın və BBC-nin
(“BBC News Azərbaycanca”) Azərbaycandakı redaksiyalarının işində Azərbaycan
tərəfindən tənzimləmələr edilcəyi barədə məlumat yayılıb.
Məlumatda bildirilirdi ki,
bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin
ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə,
"Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı
AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Hazırdı bu paritet ciddi
şəkildə pozulub. Belə ki, AZƏRTAC-ın Rusiyada cəmi bir müxbiri olduğu halda,
“Spitnik Azərbaycan”ın Bakıda bütöv redaksiyası fəaliyyət göstərir.
Eyni paritet yanaşmanın
“BBC Azərbaycanca"ya da tətbiq ediləcəyi qeyd olunurdu.
tag: BBC, Sputnik Azərbaycan,News,Fəaliyyət, Redaksiya, todaypress.az,