Son iki ayda sosial sahə üzrə 113 min elektron arayışın verildiyi açıqlandı
Bu ilin yanvar-fevral
aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri
üzrə 113 min elektron arayış verilib.
Nazirliyin
İctimaiyyətlə əlaqələr şöbəsindən TodayPress-ə verilən məlumata
görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s.
sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox elektron arayış
xidmətləri yaradılıb.
Həmin elektron
xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi
yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunmağa,
fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan
yaradır.
tag: ƏƏSMN, Nazirlik, Arayış, Elektron, todaypress.az,