Sirkə turşusu içən qadın xəstəxanada öldü
Cəmiyyət
26.11.2024 22:03
Oğuzda sirkə turşusundan
zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.
TodayPress xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bucaq kənd
sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə
əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə
daxil olub.
Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi
məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində
həyatını itirib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
tag: Oğuz,Zəhərlənmə, Sirkə Turşusu, Xəstəxana, Reanimasiya, todaypress.az,