Şimali Kiprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət

08.05.2025 10:45

14

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti və Şimali Kipr Türk Cümhuriyyəti Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi, Lefke Avropa Universiteti ilə birlikdə “Ulu Öndər Heydər Əliyev: Keçimişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçirəcək. 

Bu barədə TodayPress-ə Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. 

Hər il ŞKTC-də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq və keçmiş olduğu nümunəvi yolun xüsusi ilə tələbələrə aşılanması məqsədi ilə təşkil olunan konfransa bu il 500 universitet tələbəsi dəvət olunub.

9 May 2025-ci il tarixində Lefke Avropa Universiteti Hüquq Fakültəsi Konqres Mərkəzində baş tutması planlaşdırılan tədbirdə Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi mühüm fəaliyyətlərə işıq tutulacaq.   

"Cəmiyyət olaraq fəaliyyətə başladığımız 2012-ci ildən etibarən hər il Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə müxtəlif tədbirlər keçiririk. Bu il keçdiyimiz illərdən fərqli olaraq daha geniş bir auditoriya nəzərdə tutmuşuq.

Belə ki, Kiprdə təhsil alan yerli və əcnəbi tələbələrin iştrak edəcəyi geniş bir tədbir təşkil etmişik. Məqsədimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müstəqillik öncəsi və sonrası dövrü təbliğ etməkdir” deyə Orxan Hsənoğlu diqqətə çatdırıb. 

Onun sözlərinə görə, Heydər Əliyevin uzaq görənliyi, siyasi vizyonu həm ölkəmizin tanıdılması sahəsində, həm də gənclərin öz gələcəklərini formalaşdırmasında mühüm tarixi faktlardır.

Bu gün ölkəmizə rəhbərlik edən cənab Prezident İlham Əliyevin apardığı yerli və beynəlxalq uğurlu siyasətin təməlində də Heydər Əliyevin strateji hədəfinin izləri var.

Cəmiyyət sədri vurğulayıb ki, beynəlxalq konfransa ölkəmizdən millət vəkilləri Vüqar Rəhimzadə və Razi Nurullayev qatılacaq və çıxış edəcəklər.

Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, parlamentinin sədri Ziya Öztürklər, nəqliyat, rabitə və ictimai işlər naziri Prof. Dr. Ərhan Arıqlı, Lefke Avropa Universitetinin rektoru professor Məhməd Əli Yüksələn və başqa ziyalılar nitq söyləyəcəklər.

Töhfə Səməd

tag: Şimali Kipr,Tədbir,Ulu Öndər,Lefke,Todaypress.az,

photo