Şiddətli yağışda 1 nəfər ölüb, onlarla yaralı var - TƏBİB-dən AÇIQLAMA

Cəmiyyət

17.04.2025 12:37

10

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbilə 60-dan çox vətəndaş təcili tibbi yardıma müraciət edib. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.   

Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.  Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bildirilib ki, Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər isə (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. 

Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Türkan İsgəndərli

tag: TƏBİB,Sel,Daşqın,Müraciət,Todaypress.az,

photo
photo
photo