Səyyar ASAN xidmət davam edir

Cəmiyyət

03.04.2025 10:23

1473

Səyyar ASAN xidmət 3-28 aprel tarixində Hacıqabulda, Qazaxda, Goranboyda, Xırdalanda, Qusarda, Yardımlıda, Beyləqanda, İsmayıllıda, Zaqatalada vətəndaşlara xidmət göstərəcək. 

TodayPress xəbər verir ki, bu barədə ASAN xidmət məlumat yayıb.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. 

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

tag: Səyyar,ASAN,Xidmət,Vətəndaşlar,Todaypress.az,