Şərurun bir sıra kəndlərində qaz olmayacaq
Sabah Şərur rayonunun bir sıra kəndlərində
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
TodayPress xəbər verir ki, 159 mm boruda çat yarandığı
üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək
Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti
fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa
ediləcək.
tag: Qaz, Şərur, Fasilə, Düdəngə, Təmir, todaypress.az,