Şərurun bir hissəsində işıq olmayacaq
Cəmiyyət
16.11.2024 10:43
Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
TodayPress xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
tag: Şərur, İşıq,Elektrik Şəbəkəsi ,Memorial Abidə Kompleksi, Tikinti, todaypress.az,