Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanıldı
Cəmiyyət
17.01.2025 08:39
Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən
şəxslər saxlanılıb.
TodayPress xəbər verir ki, polis əməkdaşlarının
keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000
manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən,
əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı
Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
tag: Şəmkir, Oğurluq, Polis, Şübhəli, todaypress.az,