Seldə ölən işçinin ölümü ilə bağlı araşdırmaya başlanıldı - RƏSMİ
Ağsu rayonunda yol-tikinti layihəsində baş vermiş bədbəxt hadisə ilə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırma aparılır və araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Bu barədə qurumdan TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, əməyin mühafizəsi qaydalarının pozulması və ya işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyinin mühafizəsi şəraiti ilə təmin edilməməsi İnzibati Xətalar Məcəlləsinin 198-ci və 199-cu maddələrinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Türkan İsgəndərli
tag: ƏƏSMN,DƏMX,Sorğu,Sel,Todaypress.az,