“Şəki” restoranı söküləcək

Cəmiyyət

27.03.2025 23:50

2135

Bakının Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairə ləğv edilir.

TodayPress “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, dairənin yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Bundan sonra ərazidə tunelin tikintisinə mane olan “Şəki” restoranı və ona bitişik digər tikililər söküləcək.

tag: Bakı, Şəki Restoran, Əhməd Rəcəbli, Tunel, Avtomobil, Kooroğlu, todaypress.az,