Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişdi

Cəmiyyət

27.11.2024 11:33

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib. 

TodayPress xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

tag: Şəhid Ailələri, Baş Nazir, Əli Əsədov, Vəfat, Nazirlər Kabineti, todaypress.az,