Sədr: “Məişət zorakılığı ilə bağlı konkret mexanizm qurulmalıdır”

Cəmiyyət

28.02.2025 11:49

2176

“Məişət zorakılığının qarşını almaq üçün konkret mexanizm qurulmalıdır”.

TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı Brifinqdə deyib. 

Onun sözlərinə görə, məişət zorakılığının qarşısının alınması istiqamətində ciddi işlər görülməlidir: 

“2006-cı ildə bununla bağlı qanun qəbul olunsa da, vəziyyət qənaətbəxş deyildi. Sözügedən məsələ ilə bağlı hər kəs öz təmsil etdiyi müəssisədə müəyyən işlər görməlidir. Düşünürəm ki, belə olan halda məsələnin həllinə töhfə verə bilərik. Artıq 5 ildir ki, biz qrumlara müraciət edərək onların təhlillər aparmasını söyləyirik. Bir sıra qurumlarda gender zorakılıqlarının azaldığını, qadın haqlarının tapdalanmasının qarşısının aldığının şahidi oluruq”.   

O diqqətə çatdırıb ki, artıq məişət zorakılığının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi də daxil olmaqla 9 qurum birgə çalışır. 

Töhfə Səməd

tag: Ailə qadın və uşaq,Komitə,Nazirlik,Zorakılıq,Todaypress.az,