Sədaqət Qəhrəmanova: “Qızlarınıza ər axtarmayın, təhsil verin”
Cəmiyyət
03.06.2024 17:13
"Əsas
məqsədlərimizdən biri Azərbaycanda ailə institutunun möhkəmləndirilməsidir.
İndi ailələr bir ayın içində övladlarını tanış edib evləndirirlər. Bir ayın
içində necə tanımaq olar? Bizim bir il nişanlı qalmaq kimi adətimiz var idi. Gənclər
bir-birini tanıyırdı. Hamısı unudulub".
TodayPress xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ”Ailədaxili şiddət və onun fəsadları” mövzunda keçirilən tədbirdə deyib.
"Hamı tez qızını ərə verməyə çalışır. Evdə qalmağından qorxur. Nə olub axı? Qızlarınıza təhsil verin. Heç kim evdə qalmayacaq" deyə o, qeyd edib.
Günəş Mərd
tag: Sədaqət Qəhrəmanova, Ər, Təhsil, Ailə, todaypress.az,