Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Cəmiyyət

31.10.2024 22:56

Səbail rayonunda qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə noyabrın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə TodayPress "Azəriqaz" İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Azəriqaz, İb, Badamdar, Qaz,Səbail, todaypress.az,