Şamaxıda qanunsuz saxlanılan silahlar təhvil verildi
Cəmiyyət
01.02.2025 00:11
Şamaxıda polisin
vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi
məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat
Xidmətindən TodayPress-ə verilən məlumata
görə, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 7
ov tüfəngini və patronları könüllü olaraq polisə təhvil veriblər.
tag: Şamaxı, Polis,Silah-Sursat, DİN, Tüfəng, todaypress.az,