Sakinlərlə qurum üz-üzə: "Su gəlirsə, niyə görmürük?"

Cəmiyyət

30.11.2024 12:57

Abşeron rayonunun Qobu qəsəbəsinin Nəbi Xəzri küçəsində son günlər suyun verilişi dayandırılıb.  

Bu barədə yerli sakinlər TodayPress-ə məlumat verib. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, ötən gün qeyd olunan ünvanda su xəttində qəza hadisəsi baş verib. Abşeron SuKanal İdarəsinin əməkdaşları problemi həll ediblər. Qrafikə uyğun olaraq suyun verilməsi bərpa olunub.

Qurumun məlumatını şikayətçi sakinlərə təqdim etsək də, onlar xəbərin həqiqəti əks etdirmədiyini iddia edirlər. 

Məsələni diqqətdə saxlayacağıq. 

Günəş Mərd

tag: Su, Abşeron ,Kanal, Qobu Qəsəbəsi, Nəbi, todaypress.az,