Sakinlərin nəzərinə! – İçməli su olmayacaq

Cəmiyyət

17.06.2024 16:15

Sabah Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

TodayPress xəbər verir ki, bu haqda “Azərsu” ASC məlumat yayıb. Qeyd edilib ki, 18 iyun tarixində gecə saatlarından başlayaraq gün ərzində sözügedən ərazilərdə məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, suyun verilməsindəki məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır.

tag: Sakinlər, Nərimanov rayonu, Nəsimi rayonu, Azərsu,Məhdudiyyət, todaypress.az,