Sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir

Cəmiyyət

26.12.2024 10:24

Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.

TodayPress xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.

AZAL-a məxsus olan və Bakı-Qroznı reysini yerinə yetirərkən uğrayan təyyarənin sərnişinlərindən 20 nəfərin müalicəsi Aktaudakı xəstəxanada davam etdirilir.

Bildirilib ki, onlardan 6-sı Reanimasiya, iki nəfər isə Travmatologiya şöbəsinə yerləşdirilib.

tag: AZAL ,Qəza, Aktau ,Bakı, todaypress.az,