Sabiq icra başçısı vəfat etdi
Cəmiyyət
14.01.2025 05:09
Xaçmazın sabiq icra başçısı Şəmsəddin
Xanbabayev vəfat edib.
TodayPress , o, bu gün 86 yaşında Xaçmaz şəhərində
dünyasını dəyişib.
Mərhum Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev
1939-cu ildə Ordubad rayonu, Aşağı Əndəmic kəndində doğulub.
1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin
müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən
Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər
Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət
Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən
Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
2004-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsinə təyin edilib. 2019-cu ildə icra başçısı vəzifəsindən azad edildikdən
sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində
çalışıb.
tag: Xaçmaz, Ölüm, İcra Başçısı, Naxçıvan,Şəmsəddin Xanbabayev,