Sabahın havası necə olacaq?
Cəmiyyət
29.09.2024 12:10
Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 12-16° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim,Todaypress.az,