Sabahın havası açıqlandı-güclü külək əsəcək
Cəmiyyət
08.09.2024 12:15
Sentyabrın
9-da gözlənilən hava proqnozu açıqlanıb.
TodayPress
xəbər verir ki, bu barədə ölkənin Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib
ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Şimal-qərb
küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu
gecə 19-22° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək
762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Bir
sıra rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı
ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi
əsəcək.
Havanın
temperaturu gecə 14-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti,
gündüz 13-18° isti olacaq.
tag: Hava, Külək, Atmosfer, Temperatur, Bakı, Abşeron, todaypress.az,