Sabahın havası açıqlandı

Cəmiyyət

31.08.2024 12:04

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

TodayPress xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumata verilib. 

Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütunu-na enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlar-da gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

tag: Hava, Atmosfer, Azərbaycan, Bakı, Temperatur, todaypress.az,