Sabahın havası açıqlandı
Cəmiyyət
22.09.2024 12:15
Bakıda və Abşeron
yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli
Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, havanın
temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 760 mm
civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz
50-55 % olacaq.
Azərbaycanın
rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi
dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə
duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti,
gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,