Sabahın hava proqnozu açıqlandı
Cəmiyyət
01.09.2024 12:00
Sentyabrın 2-də gözlənilən
hava şəraiti açıqlanıb.
TodayPress xəbər verir
ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə
21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan
759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın
rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi
dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında
arabir güclənəcək.
Havanın temperaturu gecə
18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti
olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,