Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət

09.04.2025 20:10

9

Sabah duman və yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

tag: Duman, Xəbərdarlıq,Milli Hidrometeorologiya, Yağış, Məhdudlaşma,Məsafə, todaypress.az,