Sabah yağış yağacaq, şimşək çaxacaq və 36 dərəcə isti olacaq
Cəmiyyət
13.08.2024 13:41
Avqustun 14-də gözlənilən hava şəraiti
açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən
TodayPress-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün
birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25
isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°
isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
tag: Hava,Milli Hidrometeorologiya Xidməti,Temperatur,Azərbaycan, todaypress.az,